İqtisadiyyat

“Azercell” “SABAH” layihəsinə dəstək verir

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

“Azercell” Telekom Təhsil Nazirliyinin həyata keçirdiyi “SABAH” layihəsinə dəstək verir.


Şirkətdən

AZƏRTAC

-a verilən məlumata görə, bu layihə çərçivəsində “Azercell” “SABAH” tələbələri üçün yay təcrübə proqramı təklif edir. Bu layihədə yer alan 5 nəfər tələbə yay təcrübə proqramına cəlb edilərək, şirkətin maliyyə, texnologiyalar, marketinq ünsiyyət vasitələri və strateji partnyorluq və müştəri kanalları departamentlərində təcrübə keçmək imkanı əldə edəcəklər. Bundan əlavə, eyni zamanda, “Azercell” “SABAH” layihəsi tələbələri üçün müxtəlif təqdimatlar, görüşlər keçirir. Artıq bu təqdimatlardan ikisi baş tutub. Ötən həftə Azərbaycan Texniki Universitetində tələbələrlə görüş keçirilib.


Mühazirəçi qismində “Azercell”in təmsilçisi Kamran Ağayev “Oracle Cerified Master imtahanına gedən yol” mövzusunda tələbələrlə öz fikirlərini bölüşüb. Görüşün təşkilində əsas məqsəd tələbələrdə Oracle sisteminə maraq oyatmaq, onlara gələcək hədəflərini düzgün müəyyənləşdirməkdə kömək etmək, müvafiq biliklər qazanmaqda yardımçı olmaq idi. O cümlədən, bu işdə praktiki yardım göstərmək üçün azərbaycanlı mütəxəssislərin öz təcrübəsini gənclərlə paylaşmasına şərait yaratmaqdır.


Qeyd edək ki, Təhsil Nazirliyi tərəfindən həyata keçirilən “SABAH” layihəsi ali təhsildə tədrisin keyfiyyətinin yüksəldilməsi, ali təhsil sistemində yeni və fərqli bir mühitin yaradılması, savadlı, bacarıqlı və hazırlıqlı tələbə yetişdirilməsi, əmək bazarının artan tələblərinə müvafiq olaraq kadr hazırlığının təmin edilməsi məqsədilə yaradılıb.


Ətraflı məlumatı news@mcs.az ünvanından əldə etmək olar.