Şou
ANS PRESS
Azərbaycanlı müğənniyə ağır itki
Tanınmış müğənni Manaf Ağayevə ağır itki üz verib. ANS PRESS-in məlumatına görə, ifaçının bacısı vəfat edib.
59 yaşlı Sürəyya xanım uzun sürən xəstəlikdən sonra bu gün dünyasını dəyişib. Mərhumə uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirdi.
Qeyd edək ki, Manaf Ağayev bir müddət əvvəl bacısının qaraciyər serrozundan əziyyət çəkdiyini və təcili qaraciyər köçürülməsinin gərəkliyini açıqlamışdı.
O, bacısının həyatını təhlükədən xilas etmək üçün yaxın günlərdə Türkiyədə ağır cərahiyyə əməliyyatına girəcəyini və öz qaraciyərini bacısına bağışlayacağını demişdi. Manaf Ağayev bunun onun qardaşlıq borcu olduğunu və lazım gələrsə, bacısına görə, ölümə belə getməyə hazır olduğunu vurğulamışdı.
Allah rəhmət eləsin!
MənbəANS PRESS