Şou

Azərbaycanlı milyarderin xanımı Araşla bir arada

Metbuat.az
Bu barədə sənətçinin mətbuat xidmətindən bildirilib

Azərbaycan əsilli İran-İsveç müğənnisi Araş bu gün İstanbulda sevənləri ilə görüşəcək.



Milli.Az

anspress

-ə istinadən xəbər verir ki, Azərbaycanı 2009-cu ildə Aysel Teymurzadə ilə birlikdə “Eurovision” mahnı müsabiqəsində təmsil edən Araş bu gün Bakı vaxtı ilə 22:00-da İstanbulda “Volksvagen Arena”da türkiyəli məşhur müğənni

Ebru Gündeş

lə birgə səhnəyə çıxacaq. Bu barədə sənətçinin mətbuat xidmətindən bildirilib.



Müğənnilər bir neçə saat ərzində sevilən mahnıları ilə tamaşaçıları coşduracaqlar.



Araşla eyni səhnəni bölüşən müğənni Ebru Gündeşin də həyat yoldaşı

Rza Zərrab

əslən azərbaycanlıdır.



Qeyd edək ki, Arəş Ləbafzadə 1977-ci ildə Tehranda azərbaycan əsilli ailədə dünyaya göz açıb. 10 il İranda yaşayan Araş daha sonra ailəsi ilə birlikdə Avropaya köçüb və orada sənət fəaliyyəti ilə məşğul olmağa başlayıb.



Milli.Az