Sosial

Azərbaycanlı milyarder Bodrumda böyük ərazi aldı - FOTO

Metbuat.az
400 min kvadrat metrlik ərazidən liman, turizm və otel biznesi üçün istifadə edilə bilər

Azərbaycanlı iş adamı

Mübariz Mənsimov

un prezidenti olduğu "Palmali" Şirkətlər qrupu


Türkiyənin turizm bölgəsi sayılan Bodrumda 400 min kvadrat metrlik ərazinin özəlləşdirilməsi tenderində qalib gəlib.



Anspress

-in Türkiyə mətbuatına istinadən məlumatına görə, "Palmali" Şirkətlər qrupu 370 milyon lirə ödəməklə iki şirkətin qatıldığı tenderi qazanıb.



Türkiyə Baş Nazirliyi yanında Özəlləşdirmə İdarəsi Başqanlığı tərəfindən tenderə çıxarılan ərazidən liman, turizm və otel biznesi üçün istifadə edilə bilər.



Tenderin qazanılmasının ardından açıqlama verən "Palmali"nin nümayəndəsi

Tolga Ağar

ərazidə planlaşdırdıqları tikililərin Bodrumun arxitekturasına uyğun olacağını və bölgənin təbiətinə zərər verməyəcəyini deyib.



Qeyd edək ki, azərbaycanlı iş adamı Mübariz Mənsimov Bodrumda Port Bodrum Yalıkavak Marina adlı modern limana da sahibdir.



Milli.Az


Böyütmək üçün şəkilə klikləyin.