Mədəniyyət

Azərbaycanın xalq artisti Zeynəb Xanlarova Nyu-Yorkda geniş konsert proqramı ilə çıxış edəcək

Metbuat.az

Bakı, 13 mart,

AZƏRTAC

Azərbaycanın xalq artisti Zeynəb Xanlarova Novruz bayramı münasibətilə Amerika Birləşmiş Ştatlarının Nyu-York şəhərində geniş konsert proqramı ilə çıxış edəcək. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə reallaşacaq konsert proqramı martın 15-də Nyu-Yorkun Bruklin səmtindəki “Master Theatre” adlı konsert kompleksində baş tutacaq. 1300 tamaşaçı tutumu olan bu kompleksində dünyanın bir çox tanınmış musiqiçiləri konsert verib.


Komitənin mətbuat xidmətindən

AZƏRTAC

-a bildirilib ki, “Xoş gördük əzizlərim” adlı konsert proqramında xalq artisti Zeynəb Xanlarova on nəfərlik ansamblının müşayiəti ilə repertuarındakı ən sevilən mahnıları ifa edəcək.


ABŞ-ın bir sıra şəhərlərində yaşayan azərbaycanlı, türk, yəhudi və digər xalqların nümayəndələrinin konsertdə iştirakı gözlənilir.


Artıq bir həftədir Nyu-Yorkda olan Zeynəb Xanlarova Azərbaycan diaspor təşkilatlarının və yəhudi icmasının nümayəndələri ilə görüşlər keçirib.


Qeyd edək ki, xalq artisti sonuncu dəfə 2012-ci ildə Nyu-Yorkda konsert proqramı ilə çıxış edib.