Sosial

Azərbaycanın qərb qapısı Novruzu belə qarşılayır

Metbuat.az

Kəpəz TV (Region TV) xəbər verir ki, baharın gəlişi münasibətilə təşkil olunan bayram şənliyi Qazax rayonunun Mədəniyyət Mərkəzində başlayıb. Əvvəlcə mərkəzin foyesində nümayiş olunan sərgiyə baxış keçirilib. Mədəniyyət Mərkəzinin qarşısında davam edən tədbirdə novruzun rəmzləri -  Kosa, Keçəl, Bahar qızının söylədiyi şeirlər, məzəli əhvalatlar tonqal ətrafına toplananların ürəyincə olub. 



Qazax Dövlət Dram Teatrının aktyorlarının ifasında göstərilən tamaşalar, Novruzla bağlı adətlər, “Vurğun” instrumental ansamblının ifasında oxunan mahnılar isə bayram coşğusunu daha da artırıb. Novruz şənliyi gecə saatlarına qədər davam edib.                                      



Milli.Az