Sosial

Azərbaycanın müdafiə naziri Xorvatiya prezidenti ilə görüşüb

Metbuat.az

[ 12 Mart 2015 09:29 ]


Bakı - APA. Xorvatiya prezidenti, xanım Kolinda Qrabar-Kitaroviç martın 11-də Azərbaycanın müdafiə naziri, general-polkovnik Zakir Həsənovu qəbul edib.

APA-nın MN-in saytına istinadən verdiyi məlumata görə, görüşdə iki ölkə arasında əlaqələrin bütün istiqamətlər üzrə müvəffəqiyyətlə inkişaf etdiyi vurğulanaraq, səfərin uğurla keçdiyi və görüşlərin hərbi sahədə əməkdaşlığa mühüm töhfə verəcəyinə, o cümlədən əlaqələrin daha da genişlənəcəyinə ümidvar olunduğu bildirilib.

Görüşdə təhlükəsizlik və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.