Mədəniyyət

Azərbaycanı “Eurovision”da təmsil etmək uğrunda mübarizə aparacaq son üç nəfər müəyyən olunub - ADLAR

Metbuat.az

[ 15 Mart 2015 12:20 ]


Bakı. Cavid Zeynallı - APA. Azərbaycanı builki "Eurovision" mahnı müsabiqəsində təmsil edəcək ifaçının müəyyənləşdirilməsi üzrə münsiflər heyətinin qapalı seçimi olub.

APA-nın məlumatına görə, İctimai Televiziyanın Baş Direktoru Cəmil Quliyev və nümayəndə heyətinin rəhbəri Tamilla Şirinovanın da daxil olduğu münsiflər heyəti Azərbaycanı "Eurovision" mahnı müsabiqəsində təmsil edə biləcək son üç nəfəri - Nərminə Behbudova, Nərminə Seyidova və Elnur Hüseynovu müəyyən ediblər.

Qalib ifaçının adı isə bu gün açıqlanacaq.