Sosial

Azərbaycanda yeni mərkəz yaradılacaq

Metbuat.az

Azərbaycan, Bakı, 15 mart /Trend, müxbir Hüseyn Vəliyev/

Azərbaycanda elektron imzaların verilməsi üzrə yeni sertifikasiya mərkəzi yaradılacaq. Bunu Trend-ə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzindən (MHM) deyiblər.

Yeni mərkəz cari ilin dekabr ayının 1-nə istismara veriləcək və elektron imzaların yeni nəsil şəxsiyyət vəsiqəsinin çiplərinə inteqrasiyası ilə məşğul olacaq.

Bundan başqa, mərkəz Azərbaycan Daxili İşlər Nazirliyinin (DİN) nəzdində fəaliyyət göstərən 9 eyniləşdirmə mərkəzinin sorğularını nəzərdən keçirəcək. MHM əldə edilən sorğular əsasında sertifikatlar hazırlayacaq və onları geriyə göndərəcək.

Yeni şəxsiyyət vəsiqələrinin çiplərinə informasiya DİN tərəfindən daxil ediləcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az