Azərbaycanda rezidenturaya qəbul olmaq istəyənlərin diqqətinə
Azərbaycanda rezidenturaya qəbul olmaq istəyən namizədlərin şikayətlərinin baxılmasına başlanılıb
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasından
Trend-ə verilən məlumata görə, 2015/2016-cı tədris ili üçün baza ali tibb təhsili əsasında rezidentura səviyyəsinə qəbul imtahanının 2015-ci il martın 15-də keçirilmiş birinci mərhələsi ilə (baza fənləri üzrə) əlaqədar namizədlərin müraciətlərinə baxılması üçün Apellyasiya Komissiyası yaradılıb. Apellyasiya komissiyası Bakı şəhəri, Abdulvahab Salamzadə küçəsi, 28 ünvanında (Bakı Asiya Universitetinin binasında) fəaliyyət göstərir. Namizədlər Apellyasiya Komissiyasına 16-18 mart tarixlərində saat 10-dan 17-dək şəxsiyyəti təsdiq edən sənədin əslini təqdim etməklə şəxsən müraciət edə bilərlər.
Komissiyadan bildirilib ki, rezidenturaya qəbul imtahanı Bakı şəhərində 3, Naxçıvan şəhərində isə 1 binada aparılıb. Bütün binalarda imtahan təlimata uyğun keçirilib, namizədlərə biliklərini nümayiş etdirmələri üçün zəruri şərait yaradılıb.
Milli.Az