Azərbaycanda 18 yaşlı qızı 10 nəfər qaçırdı - FOTO
Qonşuları onlara mane olmaq istəsələr də, buna nail ola bilməyiblər
Gədəbəydə görünməmiş qızqaçırma hadisəsi baş verib.
Milli.Az xəbər verir ki, bu barədə qaçırılan qızın atası
Füzuli Aslanov anspress-ə məlumat verib. Hadisə rayonun Qurudərə kəndində qeydə alınıb.
Füzuli Aslanovun sözlərinə görə, axşam saatlarında 10 nəfər evlərinə basqın edib. Evə girən şəxslər ailənin yaşlı sakinlərini döyüb və 18 yaşı tamam olmayan qızı
Aytəkin Aslanovanı qaçırıblar. Qonşuları onlara mane olmaq istəsələr də, buna nail olmayıblar.
Füzuli Aslanov bildirib ki, hadisə baş verən zaman evdə olmayıb. Hadisə barədə polisə məlumat verilib.
Gədəbəy Rayon Polis Şöbəsinin müstəntiqi
Şair Rzayevbildirib ki, hadisə ilə bağlı artıq araşdırmalara başlanılıb.
“Araşdırmalar zamanı məlum olub ki, qızı Vüsal adlı şəxs evlənmək məqsədilə qaçırıb. Hələlik həmin şəxslə danışmaq mümkün olmayıb. Hadisə araşdırılır”, - deyə Şair Rzayev bildirib.
Milli.Az