Sosial
ANS PRESS
Azərbaycana bağırsağında narkotik gtirən kişi tutuldu
Azərbaycan gömrük orqanının əməkdaşları həşiş qətranı aşkar ediblər.
ANS PRESS-in Dövlət Gömrük Komitəsinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Biləsuvar Gömrük İdarəsinin “Qoşa Təpə” gömrük postunda keçirilib.
Əməliyyat zamanı İrandan Azərbaycana piyada gələn Azərbaycan vətəndaşı İlqar Gülməmmədovun üzərində şəxsi yoxlama aparılıb.
Yoxlama zamanı onun daxili orqanında (düz bağırsağından) bir ədəd bükümdə, xalis çəkisi 2,71 qram olan narkotik vasitə - həşiş qətranı aşkar edilib.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
MənbəANS PRESS