İqtisadiyyat

Azərbaycan və Qətər arasında nəqliyyat sahəsində əməkdaşlıq üçün böyük imkanlar mövcuddur

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

Martın 16-da Azərbaycanın nəqliyyat naziri Ziya Məmmədov Qətər Dövlətinin nəqliyyat naziri Cassim Saif Əhməd Al-Sulaitinin rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.


Nəqliyyat Nazirliyindən

AZƏRTAC

-a bildiriblər ki, görüşdə Z.Məmmədov Azərbaycan iqtisadiyyatının inkişafından, həyata keçirilən irimiqyaslı islahatlardan, beynəlxalq inteqrasiyada əldə edilən irəliləyişlərdən, o cümlədən ölkəmizin yol-nəqliyyat sektorundakı yeniliklərdən, həmçinin reallaşdırılan regional layihələrdən danışıb. Nəqliyyatın Azərbaycan iqtisadiyyatında prioritet sahələrdən biri olduğunu deyən Z.Məmmədov bu sahəyə dövlət səviyyəsində xüsusi diqqət yetirildiyini bildirib. Nəqliyyat sektorunu əhatə edən sahələr barədə ətraflı məlumat verən nazir bu istiqamətdə Qətərlə əməkdaşlığın daha da inkişaf etdirilməsinin zəruri olduğunu və bu əməkdaşlığın hər iki dövlətin nəqliyyat infrastrukturunun inkişafına xidmət etdiyini vurğulayıb.


Azərbaycanda nəqliyyat sektorunda qazanılan uğurlardan xəbərdar olduğunu, müasir nəqliyyat infrastrukturunun onda dərin təəssürat yaratdığını qeyd edən Qətər Dövlətinin nəqliyyat naziri ölkələrimiz arasında bu sahədə əməkdaşlığın genişləndirilməsi üçün böyük imkanların mövcudluğunu diqqətə çatdırıb.


Görüşdə, eyni zamanda, nəqliyyat sahəsində əməkdaşlığın perspektivləri, Qətər şirkətlərinin ölkəmizdə həyata keçirilən layihələrdə iştirak imkanları və digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.