Sosial

Azərbaycan televiziyaları üzrə aparılan monitorinqin nəticələri açıqlanacaq

Metbuat.az

O bildirib ki, kütləvi informasiya vasitələrində, xüsusilə televiziyalarda Azərbaycan ədəbi dilinin normalarına əməl edilməsi, qorunması, inkişaf etdirilməsi məsələlərinə diqqət artırılmalıdır: "Telekanalların auditoriyası daha genişdir. Günümüzün reallığı budur ki, insanlar məlumatı daha çox telekanalardan alır, televiziya hər gün yaşından və sosial vəziyyətindən asılı olmayaraq hamının izlədiyi mənbədir. Bu səbəbdən də bu kütləvi informasiya vasitələrində ədəbi dilin normalarının qorunmasına daha çox fikir verilməlidir. Hazırda telekanallarda dilimizin normalarının pozulması ana dilimizin inkişafına daha çox mənfi təsir göstərir".


N.Qaziyeva bildirib ki, "Azərbaycan dilinin inkişafı və düzgün tətbiqinə dair Dövlət Proqramı"nın tələblərinə əsasən aparılan monitorinq televiziyaların yalnız xəbər və xəbərdən törəmə proqramlarını əhatə edir: "İnstitutun işi ədəbi dilin normalarına nə dərəcədə riayət olunmasını aşkar etməkdir. Televiziyada ədəbi dilin vəziyyətinə nəzarət televiziya kanallarının rəhbərlərinin üzərinə düşən məsuliyyətdir.


Onun fikrincə, telekanalların dilinə

Milli Televiziya və Radio Şurası

nəzarət etməlidir.


Xatırladaq ki, Azərbaycan

Milli Elmlər Akademiyası

nın (AMEA) Dilçilik İnstitutu Azərbaycan televiziyalarında ədəbi dilin normalarına necə riayət olunmasını öyrənmək üçün monitorinq həyata keçirir. Monitorinqin nəticələri ilə bağlı Nəsimi adına Dilçilik İnstitutu və MTRŞ birgə mətbuat konfransı keçirəcək.