Mədəniyyət

Azərbaycan rəqsləri Cənubi Afrikada böyük maraqla izlənilərək yeni mərhələyə vəsiqə qazanıb

Metbuat.az

Bakı, 23 mart,

AZƏRTAC

Cənubi Afrika Respublikasının (CAR) paytaxtı Pretoriya şəhərindəki CAR Dövlət Teatrında Dünya Rəqs Çempionatının Cənubi Afrika üzrə seçmə mərhələsi keçirilib


Müxtəlif nominasıyalar üzrə keçirilən çempionatda Azərbaycan Respublikasının bu ölkədəki səfirliyi nəzdində fəaliyyət göstərən “Yurd” uşaq rəqs ansamblın üzvləri müxtəlif milli rəqs nömrələri ilə çıxış ediblər.


Səfirlikdən

AZƏRTAC

-a bildirmişlər ki, “Yurd” uşaq rəqs ansamblın təqdimatında təqdim edilən “Yeddi Gözəl” baletindən parça, “Qaytağı”, “Sarı Gəlin”, “Naz eləmə”, “Qızlar rəqsi”nin həm də Novruz bayramı şənliklərinə həsr olunduğu vurğulanıb.


Yüksək peşəkarlıqla ifa edilən Azərbaycan rəqsləri tamaşaçılar və hakimlər tərəfindən maraqla izlənərək çox yüksək qiymətləndirilib. “Qızlar rəqsi” birinci, “Naz eləmə” ikinci və “Sarı Gəlin” rəqsinin ifaçıları beşinci yerə layiq görülüb. Rəqqaslarımız iyunun 27 –dən iyulun 4-dək Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Dünya Rəqs Çempionatının son mərhələsində iştirak ətəm hüququ qazanıblar.


Qeyd edək ki, 2004-cü ildən dünyanın otuza yaxın ölkəsinin iştirakı ilə uşaq, yeniyetmə və gənclər arasında keçirilən bu çempionat Cənubi Afrikada üçüncü dəfədir təşkil olunur və Azərbaycan rəqsləri ilk dəfə bu yarışmada təqdim olunmasına baxmayaraq final mərhələsində iştirak imkanı əldə edib.