Ölkə

Azərbaycan Müəllimlər İnstitutunda “Novruz – 2015” adlı bədii-əyləncəli tədbir

Metbuat.az

Bakı, 18 mart,

AZƏRTAC

Martın 18-də Azərbaycan Müəllimlər İnstitutunda (AMİ) “Novruz – 2015” adlı bədii-əyləncəli tədbir keçirilib.


AMİ-dən

AZƏRTAC

–a bildiriblər ki, tədbirdə institutun rektoru, Milli Məclisin deputatı, professor Aqiyə Naxçıvanlı toplaşanları müqəddəs Novruz bayramı münasibətilə təbrik edib. Rektor bildirib ki, milli bayramımız olan Novruz yurdumuzun hər yerində müxtəlif mərasimlərlə qeyd olunur. Bu bayram xalqımız üçün təzə ili, baharın gəlişi deməkdir.


A.Naxçıvanlı vurğulayıb ki, ümummilli lider Heydər Əliyev hər il Novruz bayramını xalq ilə birlikdə qeyd edib, şəhərin mərkəzində təşkil olunmuş şənliklərdə şəxsən iştirak edərək insanlara xoş arzularını bildirib. Prezident İlham Əliyev və ölkənin birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva bu ənənəni davam etdirir, Novruz bayramını hər il xalq ilə birgə qeyd edirlər.


Bildirilib ki, 2009-cu ildə Novruz bayramı UNESCO-nun Qeyri-maddi Mədəni İrs Siyahısına daxil edilib. 2010-cu ildə isə BMT Baş Assambleyasının 64-cü sessiyasının iclasında martın 21-i Beynəlxalq Novruz Günü elan edilib.


Tədbirdə tələbələrin ifasında Azərbaycan, rus, ingilis dillərində hazırlanan bədii-əyləncəli, musiqili çıxışlar, səhnəciklər təqdim edilib. Müxtəlif dillərdə təbriklər səsləndirilib, mahnılar ifa olunub.