Şou

Azərbaycan “Eurovison-2015”də neçəncidir? (SİYAHI)

Metbuat.az

“Eurovison-2015” mahnı müsabiqəsinin iştirakçısı olan ölkələrin yarımfinalda çıxış ardıcıllığı müəyyənləşib.



ANS PRESS-in məlumatına görə, Azərbaycan təmsilçisi Elnur Hüseynov səhnəyə 11-ci çıxacaq. Bu barədə müsabiqənin rəsmi saytında bildirilib.



Birinci yarımfinal mayın 19-da, ikinci yarımfinal mayın 21-də, müsabiqənin finalı isə mayın 23-nə reallaşacaq.



Qeyd edək ki, Vyanada keçiriləcək “Eurovision-2015”-də Azərbaycanı Elnur Hüseynov “Hour of the Wolf” mahnısı ilə təmsil edəcək.



İlk yarımfinalda ölkələrin çıxış ardıcıllığı belə sıralanıb:


Moldova,


Ermənistan,


Belçika,


Niderland,


Finlandiya,


Yunanıstan,


Estoniya,


Makedoniya,


Serbiya,


Macarıstan,


Belarus,


Rusiya,


Danimarka,


Albaniya,


Rumıniya,


Gürcüstan.



İkinci yarımfinalda isə ölkələr bu ardıcıllıqla çıxış edəcək:


Litva,


İrlandiya,


San Marino,


Monteneqro,


Malta,


Norveç,


Portuqaliya,


Çex Respublikası,


İsrail,


Latviya,


Azərbaycan,


İslandiya,


İsveç,


İsveçrə,


Kipr,


Sloveniya,


Polşa.



Mənbə
ANS PRESS