Mədəniyyət
Milli.Az
Azərbaycan Dövlət Filarmoniyasında konsert keçiriləcək
Milli.Az xəbər verir ki, 12 mart 2015-ci il tarixdə, saat 20:00-da Azərbaycan Dövlət Filarmoniyasında “Beynəlxalq Muğam Festivalı” çərçivəsində Azərbaycan Dövlət Xalq Çalğı Alətləri orkestrinin konserti keçiriləcək. Bədii rəhbər və baş dirijor - xalq artisti, professor Ağaverdi Paşayev.
Solistlər - Azərbaycan Respublikasının xalq artisti Gülyaz Məmmədova,
Azərbaycan Respublikasının əməkdar artistləri - Almaz Orucova, Çinarə Heydərova, Sahib Paşazadə, Anar Şuşalı,
Beynəlxalq Muğam Müsabiqəsinin qalibi Ehtiram Hüseynov və Xəyyam Məmmədov.
Proqramda Üz.Hacıbəyli, Niyazi, F.Əmirovun, A.Məlikovun, Q.Qarayevin, C.Cahangirovun, T.Bakıxanovun əsərləri səslənəcək.
Milli.Az