İqtisadiyyat
AZƏRTAC
Azərbaycan BTC kəməri ilə dünya bazarına 260 milyon ton neft ixrac edib
Bakı, 11 mart, Nihat Budaqov,
AZƏRTACBu günədək Azərbaycan dünya bazarına 372 milyon ton neft ixrac edib. Həmin neftin 260 milyon tonu isə Bakı–Tbilisi–Ceyhan (BTC) əsas ixrac neft boru kəməri vasitəsilə daşınıb.
AZƏRTAC
xəbər verir ki, bunu Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin (SOCAR) geologiya, geofizika və yataqların işlənməsi üzrə birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadə bildirib.