İqtisadiyyat

Azərbaycan 1,1 milyard dollar məbləğində 3 "Boeing" təyyarəsi sifariş verdi

Metbuat.az

Azərbaycanın "Silk Way West" şirkəti "Boeing" şirkətindən 3 ədəd "747-8 Freighter" modelli təyyarə sifariş verib.



Bu barədə çərşənbə günü

Trend

Bloomberg-ə istinadən məlumat verir.



Təyyarələrin ümumi məbləği 1,1 milyard dollar təşkil edir.



"Silk Way" şirkətlər qrupunun prezidenti

Zaur Axundov

deyib:



"Silk Way Airlines" şirkətinin müvəffəqiyyəti və mənfəəti aviaparkının və xidmətlərinin genişləndirilməsinə yatırılan sərmayələrin, eləcə də artan regional və beynəlxalq nüfuzunun birbaşa nəticəsidir. Əminəm ki, 3 yeni "Boeing 747-8" sayəsində şirkət indiki inkişaf tempini saxlayacaq".



Milli.Az