Şou

Aygün: "Onda gərək Türkiyəyə qayıtmayım"

Metbuat.az
Türkiyədə yaşayan müğənni Aygün Miyak İsmayılova Azərbaycana gəlib

Milli.Az xəbər verir ki,

axşam.az

-ın əməkdaşı ilə söhbətində ifaçı "O səs Türkiyə"dəki çıxışından sonra yaradıcılıqdan uzaqlaşdığını bildirib:



"Bir ildir Azərbaycana gəlmirdim. Dostlarım, valideynlərim məni Türkiyədə ziyarət etsələr də, vətənim üçün darıxırdım. Qızım Mirayla birlikdə gəlmişəm. Novruz bayramını burada keçirəcəyik. Səfərimin məqsədi sırf istirahətdir. Heç  bir yaradıcılıq planım yoxdur.



Əgər sənətlə məşğul olsam, gərək Türkiyəyə qayıtmayım. Ümumiyyətlə, qərar verdim ki, övladımı böyüdüb, müəyyən yaşa çatdırana qədər işləməyəcəm. Bakıya gəlməzdən əvvəl buradakı verilişlərdən birinə dəvət almışdım. Qatılmağı düşünmürəm".



Qeyd edək ki, A.İsmayılova türkiyəli iş adamı

Haluk Miyak

la ailəlidir. İfaçı bu yaxınlarda "O səs Türkiyə" yarışmasına qatılmış, münsiflər Mazhar Alanson və Özkanın komandasında yarışmışdı.



Milli.Az