Şou
Ayaqqabı ilə selfi çəkdirdi
Şoumen Bəyazid Öztürk Kütahyada universitetlərdən birinə məxsus radionun qurulmasının 10-cu ildönümü tədbirinə qatılıb.
Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, şoumen tələbələrin sürprizi ilə qarşılaşıb. Belə ki, onun çıxışı zamanı martın 12-də olan ad günü münasibətilə səhnəyə tort gətirilib. Ən əsas sürpriz isə tələbələrdən birinin qara ayaqqabı ilə şoumenə yaxınlaşması olub. Nəzrin Sera Yosum adlı qız davranışının xüsusi səbəbi olduğunu açıqlayıb:
“2010-cu ildə verilişinizə zəng vurmuşdum. Mənə qalstuklarınızdan birini göndərməyinizi xahiş etmişdim. Siz isə qalstuk sponsora aid olduğu üçün ayaqqabılarınızı yollaya biləcəyinizi dediniz. Bu, həmin ayaqqabılardır. Tək istəyim onlarla və sizinlə selfi çəkdirməkdir”.
Tələbənin arzusunu yerinə yetirən Bəyaz ayaqqabılarla maraqlı pozlar verib.