Şou

Ayanın əsl adı Samirədir

Metbuat.az
Müğənni Ayan Babakişiyevanın əsl adının Samirə olduğu ortaya çıxıb.

Axşam.az-ın məlumatına görə, bu haqda "Star life"da danışan ifaçı məsələyə aydınlıq gətirib:



"Səkkizinci sinfə qədər Gəncədə oxumuşam, sinif yoldaşlarım adımı Samirə bilirdi. Sonra təhsilimi Moskvada davam etdirdim. Qardaşımın adı Samirdi, biz əkizik. Ona görə də yaxınlarımız deyib ki, qızın adı Samirə olsa yaxşıdır. Yəhudilərdə adət var, uşağın iki adı olur: bəlli yaşa qədər bir adla çağırırlar, sonra başqa isim verirlər. Mənim səhnə adım Ayandır. Bu o demək deyil ki, Samirə adını bəyənmirəm. Bu isimdə sənət dostlarım var, hamısına da hörmət edirəm".