"Ay Brilliant" filminin növbəti özəl nümayişi "Cinema City" kinoteatrında keçirilib - FOTO
Mart ayının 5-də “Ay Brilliant” filminin növbəti özəl nümayişi keçirilib. Bu dəfə filmin çəkiliş heyəti "Aygun City" alış-veriş mərkəzində yerləşən “Cinema City” kinoteatrında keçirilən təqdimatında iştirak ediblər.
Filmin təqdimatında “Ay Brilliant” filminin baş prodüsseri İlkin Həsəni, rejissoru Kənan M.M və aktyor heyəti iştirak edib. Tədbirin sonunda isə çoxlu sayda olan pərəstişkarları ilə fotosessiyada iştirak ediblər və imza veriblər.
“Ay Brilliant” filmi “İlk Media” və “Azad Azərbaycan” (ATV) televiziya kanalının birgə layihəsidir. Film “Bozbash Pictures”-in yaradıcıları tərəfindən hazırlanıb və komediya janrında çəkilib. Filmdə İlkin Həsəni, Ramil Babayev, Elşən Orucov, Nicat Rəhimov, Azər Baxşaliyev, əməkdar artist Şamil Süleymanov, Pərvin Abıyeva kimi məhşur aktyorlar rol alıblar.
Film mart ayının 2-dən etibarən ölkənin bütün kinoteatrlarında nümayiş olunur.
“Ay Brilliant” filmində hadisələr “Bozbash Pictures”dən tanıdığımız 5 əsas qəhrəmanın ətrafında cərayən edir. Filmin qəhrəmanlarından olan Şirin təsadüfən, mafiyadan oğurlanmış medalyon əhvalatının qurbanına çevrilir. Nəticədə məsələni həll etmək istəyən Şirinin dostları, qohumları Şəmi, Şöşü, Fəlakət və Şirinin özü Hacı adlı mafiya başçısının əsiri olurlar. Bütün bu hadisələrin fonunda Topal adlı başqa mafiya başçısı da məsələyə qarışır.