Şou

""Ay brilliant" filmi zəif idi"

Metbuat.az
İslam Mehrəliyev “Gündəlik” verilişinin qonağı olub.
 
Gecce.az xəbər verir ki, Mətanət Əliverdiyeva ilə İslam arasında qızğın müzakirə gedib. Mətanətin “Çox istedadlı aktyorsan. Niyə sənə rejissorlar iş təklifi etmirlər? sualına İslamdan gözlənilməz cavab gəlib:
 
“Məndən inciməsinlər, amma Azərbaycanda rejissor yoxdur. İndi klipmeykerlər özlərinə rejissor deyirlər. Bilirlər ki, mən tez-tez danışmağı bacarıram. Ancaq bu tipdə rollara dəvət edirlər. Sən məni başqa rollarda sına, məni kəşf et“.
 
İslamın bu çıxışı Mətanəti özündən çıxarıb:
 
“Necə yəni rejissor yoxdur? Sən bunu deməklə məni cinləndirmə. Hazırda mənim də rol aldığım “Qız atası” serialının rejissoru Ramil mənim üçün komediya janrında çalışan ən yaxşı rejissorlardan biridir. Reytinqlərdə də öndəyik. Bildiyim qədərilə bizim serialda qız istəməyə gələcəkdin. Gəlmə, mənim sənə verəcək qızım yoxdur. Yaxşı rejissor yoxdursa, onda niyə “Qız atası”nda çəkilməyə razılıq verirsən?“
 
Gənc aktyor yeni çəkilmiş “Ay brilliant” filmi haqqında da fikir bildirib.
 
“Aktyorlar çox istedadlı idilər. Amma ssenari zəif idi. Ssenari zəif olanda bütün yük rejissorun üzərinə düşür. Uşaqlardan soruşanda da deyəcəklər ki, rejissor elə istədi”.

Milli.Az