Şou

Avropanın ən ucuz 10 şəhəri - siyahı

Metbuat.az

Yay tətilini Avropada keçirmək istəyən, ancaq çox pul xərcləmək fikri olmayanlar üçün “PriceOfTravel” saytı hamının büdcəsinə uyğun olan 10 şəhəri müəyyənləşdirib.

Müvafiq rəqəmlər mərkəzə, yaxud mərkəzdən bir az kənarda olan 3 ulduzlu otellərin, nəqliyyat, 3 dəfə yemək, turistik yerlərə giriş qiymətlərinə nəzərən təyin edilib.

Axşam.az Avropanın nisbətən ucuz sayılan 10 şəhərini təqdim edir:

1. Buxarest, Rumıniya – bir nəfərin günlük xərci 43,80 dollar.
2. Sofiya, Bolqarıstan – 44,71 dollar.
3. Kiyev, Ukrayna – 46,35 dollar.
4. Çeski-Krumlov, Çexiya – 49,10 dollar.
5. Sarayevo, Bosniya-Herseqovina - 50 dollar.
6. Sankt-Peterburq, Rusiya – 50,48 dollar.
7. Buxarest, Macarıstan – 51,06 dollar.
8. Krakov, Polşa – 52,36 dollar.
9. Belqrad, Serbiya - 53,52 dollar.
10. Split, Xorvatiya - 62,08 dollar.