Mədəniyyət

​Avropanın bir sıra şəhərlərində Novruz tonqalı yandırılacaq

Metbuat.az

Bakı. 17 mart. REPORT.AZ/ Bu il TÜRKSOY Avstriyanın Vyana, Almaniyanın Köln və Fransanın Paris şəhərlərində

Novruz

Bayramı ilə bağlı tədbirlər keçirəcək.


"Report" "Anadolu" Agentliyinə istinadən xəbər verir ki, bu haqda TÜRKSOY-un baş katibi Düsen Kaseinov bildirib.


O xatırladıb ki, əvvəllər Novruz Bayramı tədbirləri YUNESKO-nun Paris və Strasburqdakı mərkəzlərində,

BMT

Baş Assambleyasının Nyu-York və Vaşinqtondakı binalarında, eləcə də Britaniyanın paytaxtı Londonda qeyd edilirdi.


O, deyib ki, bu il bayram tədbirləri bir çox dövlətlərdə keçiriləcək.


Xatırladaq ki, TÜRKSOY-un təşəbbüsü ilə Martın 21-i BMT-də Novruz Bayramı günü elan edilib.