İqtisadiyyat

Avropa da qorxuya düşdü

Metbuat.az

Funt-sterlinqin qiyməti avroya nisbətdə son yeddi ildə ən yüksək həddə çatıb.



Anspress

-in xəbərinə görə, bu barədə Avropa Mərkəzi Bankı məlumat yayıb.



Bankdan bildirilib ki, hazırda 1 funt-sterlinq – 1,40 avrodur. Bu, Böyük Britaniya turistlərinin Avropa kurort və sanatoriyalarına ziyarətlərini 15 faiz ucuzlaşdırıb.



Ekspertlərin fikrincə, funt-sterlinqin bahalaşması Yunanıstanın kredit üzrə borclarını qaytarmaq istəməməsi ilə əlaqədardır.



Hollandiyanın maliyyə naziri

Ceroen Dicsselbloem

bununla bağlı Afina ilə aparılan danışıqlarda irəliləyişin çox az əldə olunduğunu söyləyib.



Milli.Az