Mədəniyyət

Aşqabadda Novruz bayramı keçirilib

Metbuat.az

Aşqabad, 20 mart,

AZƏRTAC

Azərbaycanın Türkmənistandakı səfirliyində Novruz bayramı münasibətilə tədbir keçirilib.


Tədbirdə Türkmənistanda yaşayan soydaşlarımız, iş adamları, diplomatik korpusun, hökumət və qeyri-hökumət təşkilatlarının nümayəndələri iştirak ediblər.


Səfir Vəhdət Sultanzadə qeyd edib ki, əsrlərlə formalaşmış və indiki nəsillərə əcdadlarımızın mirası olan Novruz bayramı təbiətin oyanışını və insanların torpağa bağlılığını, dostluğu, firavanlığı və həmrəyliyi təcəssüm etdirir.


Daha sonra V.Sultanzadə son dövrlərdə Azərbaycanda aparılan islahatlardan, beynəlxalq səviyyədə qazanılan nailiyyətlərdən, Qars şəhərində TANAP layihəsinin təməlqoyma mərasimindən bəhs edib.


Tədbirdə Novruz bayramının atributu olan səməni və Azərbaycan milli şirniyyatları süfrələri bəzəyib.


İlahə Əhmədova
AZƏRTAC-ın xüsusi müxbiri
Aşqabad