Ölkə

AŞPA-nın Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi Azərbaycana səfər edəcək

Metbuat.az

Paris, 6 mart,

AZƏRTAC

Avropa Şurası Parlament Assambleyasının siyasi məsələlər komitəsinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi üzrə məruzəçisi britaniyalı deputat Robert Valter münaqişə ilə bağlı məruzəsinə dair məlumat toplamaq məqsədilə martın 12-13-də ölkəmizdə səfərdə olacaq.


Səfər çərçivəsində məruzəçinin ölkəmizdə bir sıra görüşlər keçirməsi nəzərdə tutulur. Onun qaçqın və məcburi köçkünlərlə də görüşü planlaşdırılır.


Əsgər Əliyev
AzərTAC-ın xüsusi müxbiri
Paris