Sosial

“ASAN xidmət” qeyri -iş günlərində fəaliyyətini davam etdirəcək

Metbuat.az

Azərbaycan, Bakı, 19 mart /Trend/

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin tabeliyində olan “ASAN xidmət” mərkəzləri Novruz bayramı ilə əlaqədar elan edilmiş qeyri-iş günlərində də öz fəaliyyətini davam etdirəcək.

“ASAN xidmət”dən Trend-ə bildiriblər ki, 20-24 mart tarixində “ASAN xidmət” mərkəzlərində qeyri-iş günüdür. 25 mart 2015-ci il tarixindən isə vətəndaşlar “ASAN xidmət” mərkəzlərinə müraciət etməklə müvafiq xidmətlərdən yararlana biləcəklər.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az