İqtisadiyyat

Aprelin 11-də Yüksək Texnologiyalar Parkında startapçılar üçün növbəti təlim keçiriləcək

Metbuat.az

[ 31 Mart 2015 15:09 ]



Bakı. Vüsal Nəbiyev – APA-Economics.  Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində Yüksək Texnologiyalar Parkında aprelin 11-də startapçılar üçün növbəti təlim keçiriləcək.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, təlim "Startup Azərbaycan 2015" müsabiqəsinin iştirakçıları üçün təşkil olunur.

Təlim “Biznes - ideyalar. Biznes planların tərtib edilməsi. İnvestor axtarışı”, “İdeya -  Layihə - İnvestor” mövzularına həsr olunacaq.

Tədbirdə Yüksək Texnologiyalar Parkının, “Startap Azərbaycan 2015” rəhbərliyinin, beynəlxalq və yerli ekspertlərin və İT biznes sahəsində çalışan sahibkarlar iştirak edəcəklər.