Sosial

ANS-də rəhbər şəxslər işdən qovuldular

Metbuat.az

ANS Şirkətlər Qrupunun prezidenti

Vahid Mustafayev

2 gün öncə ANS ÇM radiosunun baş redaktoru

Ceyhun Əsgərov

u işdən qovub. Bu haqda məlumat

AzNews.az

-a ANS televiziyasından verilib.



Məlumatda deyilir ki, Vahid Mustafayev Azərbaycanın Milli Qəhrəmanı Çingiz Mustafayevin adını daşıyan radionun əməkdaşları ilə keçirdiyi iclasda 2 DJ-i də işdən kənarlaşdırıb.


Gərgin keçən iclasda Vahid Mustafayevin qardaşı

Seyfulla Mustafayev

in radionun ikinci müavini olan qızı

Çinarə Mustafayeva

nı aşağı vəzifəyə keçirilib. O, bundan sonra musiqi redaktoru kimi çalışacaq.



ANS Şirkətlər Qrupunun prezidenti televiziya işçilərinin də cəzalandırılması anonsunu verib.


Bununla yanaşı, televiziyanın kadrlar idarəsinin rəisi ilə proqram departamentinin rəhbərinin də işdən qovulduğu deyilir.



Qeyd edək ki, teleaparıcı, jurnalist Ceyhun Əsgərov Azərbaycanın Milli Qəhrəmanı

Salatın Əsgərova

nın oğludur. O, 2002-ci ilin dekabrından 2011-ci iln martınadək ANS TV-də çalışıb. “Xəbərçi”, “Hesabat” verilişlərinin aparıcısı olub.



Ceyhun Əsgərov bir müddət “Araz” radiosunda redaktor-DJ, sonra isə Tovuz rayonunda yerləşən Türkel telekanalının icraçı direktoru vəzifələrində çalışıb. O, ötən ilin sentyabrında yenidən ANS-ə qayıdaraq ANS ÇM-in baş redaktoru olub.



Milli.Az