Şou

Ancelina Coli yumurtalıqlarını kəsdirdi

Metbuat.az

Dünyanın ən gözəl qadınlarından biri, Hollivudun tanınmış ulduzu, BMT-nin xoşməramlı səfiri olan Ancelina Coli yenidən əməliyyat masasına yatıb. ANS PRESS-in məlumatına görə, 39 yaşlı aktrisa bu dəfə yumurtalıqlarını kəsdirib.



İki il öncə aktrisa süd vəzi xərçəngi riskinə görə süd vəzilərini amputasiya etdirməklə sevənlərini şoka salmışdı. Hələ o zaman o yumurtalıqlarını da xəstəlik riskinə bağlı olaraq aldırmağı düşündüyünü lan etmişdi.



Aktrisanın bu yolla xərçəngə tutulmaq risi 50 fazi olub.



Çoxları onu bu addımına görə ittiham edəndə isə o deyirdi: "Mən bundan yaşamaq, sevmək, uşaqlarımın necə böyüdüyünü görmək, nvələrimlə zaman keçimək üçün keçdim".



Yumurtalığın çıxarılması əməliyyatı qadınların hormonal fonuna təsirsiz ötüüşümür. İndi Coli əməliyyatla bağlı hormon müalicəsinə başlayıb.



Üçü doğma, üçü ögey övladı olan 39 yaşlı ulduz bundan sonra ana ola bilməyəcəyini açıqlayıb.

Mənbə
ANS PRESS