Ölkə

AMEA-nın Təcrübə-Sənaye Zavodunda yenidənqurma işləri aparılıb

Metbuat.az

Bakı, 16 mart,

AZƏRTAC

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti, akademik Akif Əlizadə AMEA-nın Təcrübə-Sənaye Zavodunda aparılan yenidənqurma işləri ilə tanış olub.


AMEA-dan

AZƏRTAC

-a bildiriblər ki, akademik A.Əlizadəyə zavodun ərazisində müalicəvi və təbii ağ naftalan yağının alınması qurğusu, onun istehsal gücü və əhəmiyyəti barədə məlumat verilib. Qeyd edilib ki, iki ay müddətində qurğunun tam istifadəyə verilməsi nəzərdə tutulub.


Sonra akademik A.Əlizadə yerli xammal bazasına əsaslanan və müasir tələblərə cavab verən plastik sürtkü materiallarının istehsalı qurğusunun açılışında iştirak edib. Rəmzi lent kəsildikdən sonra qurğu işə salınıb.


Tədbirdə Təcrübə-Sənaye Zavodunun ərazisində, həmçinin sexlərdə aparılmış təmir-tikinti və yenidənqurma işləri nəticəsində “Solidol”, “Litol 24” və “Floran YP-2” də daxil olmaqla səkkiz adda plastik sürtkü materialının, ümumilikdə isə 25 adda məhsulun istehsalına başlandığı barədə məlumat verilib.


AMEA-nııın rəhbəri zavodda “Bitum adgeziya qatqısı”nın alınması prosesi ilə də tanış olub. Bildirilib ki, asfalt-beton örtüklərinin keyfiyyətinin yaxşılaşdırılması və uzunömürlülüyünün artırılması məqsədi ilə istifadə olunacaq qatqının aidiyyəti zavodlarda birbaşa istehsalata tətbiqi mümkündür.


Stendlərdə nümayiş olunan məhsullar haqqında danışan akademik bu məhsulların elmimiz üçün ciddi uğurlar olduğunu vurğulayıb.


Görülən işləri yüksək qiymətləndirən A.Əlizadə tapşırıq və tövsiyələrini verib.