Almaz Ələsgərlidən şok etiraf: "Münasibətdə olduğum kişi var" - VİDEO
Əməkdar artist qeyri-rəsmi münasibətdə olduğunu dilə gətirib
Azərbaycanlı müğənninin məşhur verilişdə etdiyi etiraflar gözlənilməz olub.
Anspress
-in məlumatına görə, “Məchulu tapın” verilişinin qonağı olan respublikanın əməkdar artisti, müğənni Almaz Ələsgərli formata uyğun olaraq ekspertlər tərəfindən dəyərləndirilib.
Onların əksəriyyətinin sənətçi barəsində söylədiyi fikirlər doğru çıxıb. Lakin onun qısqanc olması barədə deyilən fikirlə razılaşmayıb. Aparıcı bunu bəlkə, həyatında birinin olmaması ilə əlaqələndirdikdə müğənni həyatında birinin olduğunu deyib.
“Tərəf-müqabilim, deməzdim ki, yoxdur, əlbəttə ki, var. Amma ailəm yoxdur. Yəni ailədən də artıqdır, sadəcə ər-arvad kimi rəsmi nikahım yoxdur. Belə qadının sevdiyi insan olmaz?” – deyə A.Ələsgərli aparıcının fikrinə münasibət bildirib.
Qeyd edək ki, ANS TV-də yayımlanan sözügedən verilişə dəvət olunan məşhurlar 5 xüsusi qabiliyyətli ekspert tərəfindən tədqiq olunur. Bu ekspertlər kriminalist, psixoloq, ekstrasens, parapsixoloq və xiromantdır. Onlar məchul qalan qonağın kimliyini tapmalıdırlar.
Milli.Az
Videonu izləmək üçün şəklə klikləyin.