Şou
Aktrisanın açıqlaması fanatlarını məyus etdi
Türkiyənin ATV telekanalının "Karadayı" serialında rol alan Bergüzar Korel fanatlarını məyus edəcək açıqlama verib.
Axşam.az-ın acunn.com-a istinadən məlumatına görə, o, hazırda oynadığı serialdan sonra bir müddət ekrana çıxmayacağını deyib:
"Yeni mövsümdə teatrda olmaq istəyirəm".
Qeyd edək ki, aktrisanın tərəf müqabili Kənan İmirzalıoğlu da bir neçə ay əvvəl çəkilişlərin çətin olmasına görə "Karadayı"dan sonra 60 dəqiqədən çox davam edən seriallarda oynamayacağını açıqlamışdı.