Mədəniyyət

Aktrisa: "2 il saçlarımı dibindən kəsib, özümə elə ürək-dirək verirdim..."

Metbuat.az

Milli.Az uzun sürən xəstəlikdən sonra yenidən sağlamlığına qovuşan

Kübra Əliyeva

nın

ATV.az

-a müsahibəsini təqdim edir.



-

Özünüzü necə hiss edirsiniz? Tam sağalmısızmı?

- İndi yaxşıyam, şükürlər olsun. Son vaxtlar efirdəyəm. Pilləkənlərı qalxa bilmirdim. Çünki onurğamda çat var idi. O da raditerepiyalardan idi. Onları da yendim. Mən xəstəliyimə qalib gəlmədim, Allah bunu etdi.



-

O pis günlərinizdə sizə kimlər dəstək oldu?

- Mən heç kəsə əziyyət vermədim. İki il saçlarımı dibindən kəsib, özümə elə ürək-dirək verirdim ki, insan həyatda saçını da, həyatını da itirə bilər. Buna öyrəş Kübra! Hətta jurnalistlər məndən soruşurdu ki, keçəl şəkilləriniz hansı filmdəndir. Cavab vermirdim. İki il heç kəsə heç nə demədim, yardım da istəmədim. Özüm-özümü maddi və mənəvi qorudum, heç kimsiz.



-

Çox qəribədir. Heç kəs sizə stimul vermədimi?

- Mən özüm o halda ola-ola camaata stimul verirdim. Mənim bu xasiyyətim, enerjim kaş bütün xəstə yatan insanlarda olsun. Çünki hər gecənin gündüzü, hər yoxuşun bir enişi var. Amma insan hər şeyə hazır olmalıdır. Bu gün yaşayıramsa, Allahıma hər gün şükür edirəm.



-

Ölümlə pəncə-pəncəyə gəldiniz. Özünüz dediyiniz kimi sağalmaya da bilərdiniz, Allah eləməmiş. Necə hisslər keçirirdiz, nələr edirdiniz o dönəmlərdə?

- Mən onu deyim ki, Əfruzə qızım, ölüm də gözəl şeydir. Mən onu da daddım. Bilirsən, o zaman nə etdim? Hər kəsə halallıq verdim, hər kəsdən halallıq aldım. Balalarım, nəvələrim, iki nəticəm var. Onların taleyini başlı-başına qoya bilməzdim. Onları düşündüm. Varımı-yoxumu onlar arasında böldüm.



-

Hər şeyi bölüşdürdünüz ki, sonradan dava düşməsin?

- Hə bölüşdürdüm. Oğlanlarıma hər şey vermişdim. O dönəmdə evimi qızımın adına keçirdim.



-

Sizcə, bəzi aktrisalar niyə kasıb yaşayırlar, daim şikayətlənirlər, bəziləri isə villalar, avtomobillər sahibi olurlar?

- Aktyor, aktrisalar heç vaxt varlı yaşamayıblar. Allah rəhmət eləsin Ulu Öndərimizə, o bizim nəfəsimiz idi. Bu gün mən prezident təqaüdçüsüyəm. Prezident mükafatı alanlar var. Belə şeylər heç bir yerdə yoxdu.



-

Ancaq siz dediniz ki, hər övladınızı dünya malı ilə kifayət qədər təmin etmisiniz. Bunu qazanmaq üçün aktyorlar nə etməlidirlər?

- Qarışqa kimi çalışmaq lazımdır. Cırcırama kimi ağaclarda oxusaydım, gündə kurortlara gedib, şubalar geysəydim kef etsəydim, modda olan geyimləri geysəydim, o zaman mən də balalarım üçün heç nə edə bilməzdim. Amma mən zatən balalarım üçün yaşamışam.



-

Teatr barədə bir sual verim. Sizcə sizin kimi aktyor, aktrisalarımız yenə də olacaq?

- Bu gün xalqımız teatrda bizim nəsildən sonra görmək istədiklərini görə bilməyəcəklər. Bunu bir Kübra olaraq deyirəm. Bu illərdir belə olub. Bəlkə də bu teatrın taleyidir. 70-ci illərdən sonra teatr qazandı. Yeni gələnlər də yavaş-yavaş addımlayırlar. Bəlkə onlar da seviləcəklər. Eniş-yoxuş həmişə olub.



-

Kübra xanım nəyə peşmansınız ?

- Heç neyə. Bir qəlb sındırmaq məsələsidir. Arada olub. Amma başqa nə peşmançılığım olacaq ki?! Az qazanmışam az yemişəm, çox qazanmışam çox yemişəm.



-

Xəyanət olub ?

- Ola bilər.



-

Yəni olub?

- Bəli olub. İndiki gənclər anidən hər bir şeyi məhv edirlər. Üz cırmaqla qarşındakının xəyanətini unuda bilməzsən. Sadəcə, baxışlarınla, davranışınla, əzmkarlığınla, saflığınla qarşındakına dərs keç.



-

Sevib, ailə qurmusunuz?

- Yox. Amma həyatda sevdiyim şəxs olub. Sevdiyimdən ayrılmışıq. Sevmək bir dəfə olur. Türklər demişkən “flort etmək” başqa şeydi, sevmək başqa şeydi. Sevirsən ayrılırsansa, zərbə alırsan. Və o zərbəni unutmursan. Gündə birini sevmək qeyri-mümkündü. Sevdiyinin qoxusunu çox axtarırsan, amma tapmırsan.



Milli.Az