Ölkə
Ağstafada 9 mindən artıq ağac əkilib
Ağstafa, 15 mart,
AZƏRTACIDEA İctimai Birliyinin həyata keçirdiyi Ümumrespublika yaşıllaşdırma marafonu çərçivəsində Ağstafa rayonunda növbəti ağacəkmə kampaniyası keçirilib.
Rayonun idarə, müəssisə və təşkilatlarının iştirakı ilə keçirilən kampaniya zamanı Bakı-Qazax avtomobil yolunun Ağstafadan keçən hissəsində, Poylu-Gürcüstan avtomobil yolunun kənarlarında, Sadıqlı və Muğanlı meşə massivlərində 9 min 650 ağac əkilib.