Sosial
Ağdamda həkim axtarılır
Ağdam MRX-də 100-dən artıq həkimə ehtiyac var
Milli.Az
Ağdam Mərkəzi Rayon Xəstəxanasında ixtisaslı həkim kadrlar çatışmır. İndi xəstəxanada 100-dən artıq boş iş yeri mövcuddur. Milli.Az El Tv-yə (Region TV) istinadən xəbər verir ki, kənardan dəvət olunan həkimlərə lazımi şərait yaradılsa da, onlar da rayonda qalıb işləmək istəmirlər.
Ağdam MRX-nin baş həkiminin müavini
Qara Qasımovbildirir ki, rayonda ixtisaslı həkimlər az olsa da, əhaliyə mümkün qədər lazımi tibbi xidmətlər göstərilir. Həm yeni salınan 18 qəsəbə, həm də kəndlərdə həkim tibb məntəqələri avadanlıqlarla təmin olunub: ”Ayaq Qərvənd, Orta Qışlaq, Təzə kənd, Ballar kəndində və İmamqulubəyli qəsəbəsində yeni tibb məntəqələri tikilib istifadəyə verilib”.
Rayon ərazisindəki tibb məntəqələri dərman vasitələri ilə də təmin olunur.
Milli.Az