İqtisadiyyat
“AGBank” Berlində keçirilən tədbirdə iştirak edib
Bakı, 19 mart,
AZƏRTACAlmaniyanın paytaxtı Berlində “Bank və Maliyyə İnstitutlarında İnsan Resurslarının idarə olunması” mövzusunda tədbir keçirilib.
Tədbirdə “AGBank”ın nümayəndəsi İlqar Musabaliyev “Banklarda İnsan Resursları modelinin dəyişdirilməsi - AGBank nümunəsi“ mövzusunda təqdimatla çıxış edib.
Bankdan
AZƏRTAC-a bildiriblər ki, çıxış və təqdimat iştirakçılar tərəfindən yüksək qiymətləndirilib və İlqar Musabaliyev həmin tədbirin sədri seçilib.