Şou
Afaq "Gəncəli" soyadından danışdı
Aparıcı Afaq Gəncəli soyadından danışıb.
Axşam.az-ın məlumatına görə, o, əslində Gəncə şəhərində dünyaya gəlmədiyini bildirib:
"Hamı elə düşünür ki, mən gəncəliyəm. Yox... O şəhəri çox sevirəm, hətta istirahət üçün tez-tez ora yollanıram. Ora mənə çox doğmadır. Babam şair-dramaturq Novruz Gəncəlidir. Gəncəli adlı bir insan onu böyüdüb. Babam, atam, mən, hamımız bu soyadı götürmüşük".