Mədəniyyət
AZƏRTAC
ADMİU-nun tələbələri tanınmış bəstəkarların əsərlərini ifa ediblər
Bakı, 4 mart,
AZƏRTACAzərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin tələbələri konsert proqramı ilə çıxış ediblər.
AZƏRTAC
xəbər verir ki, konsertdə bu ali təhsil ocağının musiqi sənəti fakültəsinin instrumental ifaçılıq kafedrasının tələbələri Üzeyir Hacıbəyli, Qara Qarayev, Adil Bəbirov, Frederik Şopen, Yohans Brams və Sergey Raxmaninovun əsərlərini ifa ediblər.
Tələbələrin çıxışı maraqla qarşılanıb və yüksək qiymətləndirilib.