Mədəniyyət

ADMİU-da gənc rəssamın sərgisi açılıb

Metbuat.az

Bakı, 10 mart,

AZƏRTAC

Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetində (ADMİU) gənc rəssam, Azərbaycan Rəssamlar İttifaqının üzvü, ADMİU-nun müəllimi Mətin Şərifovun sərgisi açılıb.


ADMİU-dan

AZƏRTAC

-a bildiriblər ki, tədbirdə universitetin rektoru, professor Fərəh Əliyeva, Xalq Rəssamı Xanlar Əhmədov çıxış edərək gənc rəssama uğurlar arzulayıb, gələcəkdə də belə sərgilərin təşkil edilməsinin vacibliyini vurğulayıblar.


Sərgidə M.Şərifovun müxtəlif mövzularda rəngkarlıq əsərləri nümayiş olunub.