Sosial

Adı abad, özü bərbad Mehdiabad - VİDEOREPORTAJ - FOTO

Metbuat.az

Abşeron rayonu, Mehdiabad qəsəbəsində abadlıqdan əsər-əlamət yoxdur. Artıq qış geridə qalsa da, bu qəsəbənin yollarından palçıq əksik olmur. Mərkəzdən bir neçə kilometr məsafədə yerləşən qəsəbə ucqar bir kəndi xatırladır. Yolların  yararsız vəziyyətdə olması həm avtomobillərin, həm də piyadaların hərəkətinə çətinlik yaradır.



Musavat.com

-un əməkdaşı Mehdiabad qəsəbəsinə baş çəkib və sakinlərin vəziyyəti ilə maraqlanıb.



Bu qəsəbəyə getmək üçün uzun müddət marşrut gözləməli oluruq.  



Gözlədiyimizin əksinə olaraq, avtobus əvəzinə ötən əsrin 90-cı illərindən qalma, istifadəyə yararsız köhnə bir mikroavtobus gəlir. Qəsəbənin girişindən başlayaraq, palçıqlı yollar bizi müşayiət edir.



Avtomobillər çala-çuxur yollarda çətinliklə irəliləyir. Ancaq problem yollarla bitmir. Mehdiabad sakinləri problemlərini danışmağa nədən başlayacaqlarını bilmirlər.



Qəsəbə sakinlərinin çətin durumda yaşamasına baxmayaraq, yerli icra və bələdiyyə nümayəndələri vəziyyəti sadəcə, görməzlikdən gəlirlər. Nə yolların bərpası, nə zibilliyin təmizlənməsi, nə də kanalizasiya sisteminin düzəldilməsi ilə bağlı sakinlərə quru vəd belə, verən olmayıb.



Mehdiabad sakinlərinin problemləri ilə əyani tanış olmaq istəyirsinizsə, təqdim etdiyimiz videoreportajı izləyin.







Videonu izləmək üçün şəklə klikləyin.




Milli.Az