Sosial
ANS PRESS
Abşeronda birini öldürüb, digərini yaralayan qadın tutuldu
Abşeronda yol qəzası törədən qadın sürücü saxlanılıb.
ANS PRESS-in Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, əməliyyat Baş Dövlət Yol Polisi İdarəsi əməkdaşları tərəfindnə keçirilib.
Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ağır yol qəzası törədən sürücüsü - Bakı şəhər sakini Aynur Abdullayeva tutulub.
Qeyd edək ki, Aynur Abdullayeva martın 5-də Abşeron rayonu ərazisində Maqsud Şəbiyevin ölümü, Nəsimi Əlövsətlinin isə xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsini törədib. O, “QAZ-2752-104” markalı avtomobilin sürücüsüdür.
Faktla bağlı cinayət işi başlanıb, araşdırma aparılır.
MənbəANS PRESS