Sosial

Abituriyentlər üçün növbəti sınaq imtahanı apreldə keçiriləcək

Metbuat.az

Bakı. 20 mart. REPORT.AZ/

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası

(TQDK) tərəfindən abituriyentlər üçün üçüncü sınaq imtahanı aprelin 19-da keçiriləcək. Bu barədə "Report"a TQDK-dan məlumat verilib.


TQDK həmin imtahanda iştirak etmək üçün qeydiyyatın martın 30-dan etibarən aparılmasını nəzərdə tutur.


Qeyd edək ki, sınaq imtahanlarına yazılış yalnız internet vasitəsilə şəxsiyyət vəsiqəsindən və TQDK-nın ödəmə kartından istifadə olunmaqla aparılır. Ödəmə kartını internet ödəmə vasitəsilə və ya bütün mobil operatorlardan 7735 nömrəsinə boş SMS göndərməklə əldə etmək olar.