Şou

8 martda müğənnilərə "Qonaqlıq" verildi - FOTO

Metbuat.az
"Qonaqlıq" bu bazar 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə xüsusi buraxılışla efirdə olacaq. Tahirə Məmmədqızının təqdimatında verilişin bayram buraxılışı maraqlı
anlar vəd edir.

"Qonaqlıq"ın bayram buraxılışında əməkdar artistlər Cavanşir Məmmədov, Firuzə İbadova, müğənnilərdən Nazənin, İzzət Bağırov, Əlikram Bayramov, Şəbnəm Tovuzlu, Vaqif Şıxəliyev, xanəndələr İlkin Əhmədov, Abgül Mirzəyev iştirak ediblər.

Maraqlı söhbətlərlə bol, gözəl ifalarla zəngin verilişə bazar günü, saat 14:15-də Space TV-nin efirində baxa bilərsiniz.

Verilişin informasiya dəstəyi Milli.Az-a məxsusdur.

Milli.Az