Sosial

8 mart bayramı özü ilə yağış, külək gətirir: istirahət günləri evdə oturmaq məsləhətdir

Metbuat.az

Azərbaycan, Bakı, 7 mart /Trend, müxbir İlhamə İsabalayeva/

8 mart Beynəlxalq Qadınlar günü Azərbaycanda mövcud olan qeyri-iş günlərində hava qeyri-sabit, küləkli, yağıntılı olacaq, temperatur bir neçə dərəcə enəcək. Bu barədə Trend-ə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən məlumat verilib.

Bakıda və Abşeron yarımadasında martın 8-də havanın dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir. Axşam bəzi yerlərdə zəif duman müşahidə ediləcək. Axşama doğru bəzi yerlərdə yağıntılı olacaq. Şimal-qərb küləyi güclənəcək.

Bakıda və Abşeron yarımadasında martın 8-də havanın temperaturu gecə 3-5, gündüz 7-9 dərəcə isti olacaq.

Martın 9-da da Bakıda və Abşeron yarımadasında buludlu hava şəraiti təşkil ediləcək, arabir yağıntılı olacaq axşama doğru kəsiləcək. Şimal küləyi gündüz mülayimləşəcək

Bakıda və Abşeron yarımadasında martın 9-da havanın tenperaturu gecə 1-3, gündüz 6-8 dərəcə isti olacaq.

Martın 10-dan hava şəraiti sabitləşəcək, temperatur yüksələcək.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az