Şou

5-ci dəfə ata oldu

Metbuat.az
42 yaşlı aktyor Cud Lou 5-ci dəfə ata olub.

Axşam.az-ın xarici mətbuata istinadən məlumatına görə, aktyorun yeni doğulan qızının anası keçmiş sevgilisi Ketrin Hardinqdir.



C.Lounun mətbuat katibi açıqlamasında bildirib ki, Cudla Ketrin yeni dünyaya gələn körpələrinin xətrinə bir-birlərinə qarşı şəxsi münasibəti qorumaq qərarına gəliblər.



Qeyd edək ki, Cud Lounun Sedi Forstla nikahından üç, Sofi ilə evliliyndən bir uşağı var.